Cüneyt Biçər: “Bu yaşda kuboka sahib çıxmaq mənim üçün çox şərəflidir”

Cüneyt Biçər: “Bu yaşda kuboka sahib çıxmaq mənim üçün çox şərəflidir”
XƏBƏR 25 May 2010 / 12:50 1596
-  A +

“Bakı”nın baş məşqçisi Cüneyt Biçər komandasına ölkə kubokunun finalında “Xəzər Lənkəran” üzərində qazandırdığı qələbəni layiqli hesab edir. Qol.Az-ın məlumatına görə, bu haqda türkiyəli mütəxəssis paytaxt klubunun rəsmi internet saytına açıqlamasında bildirib: “Finalda çox maraqlı və gərgin bir qarşılaşma izlədik. 120 dəqiqə ərzində rəqibdən üstün oyun sərgiləyərək, layiqli qələbə qazandıq. Bu yaşda kuboka sahib çıxmaq və Azərbaycan futbol tarixinə ölkə kubokunu qazanan ilk əcnəbi baş məşqçis kimi düşmək mənim üçün çox şərəflidir. Bu uğurda böyük əməyi olan klub rəhbərliyinə və futbolçularıma təşəkkür edirəm. Hafiz bəy (klub prezidenti Hafiz Məmmədovu nəzərdə tutur – red.) sağ olsun ki, mənə etimad göstərdi. Onun ümidlərini doğrultduğum üçün özümü çox xoşbəxt sayıram".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi