Səlahət Ağayev 150-ə çatdı

Səlahət Ağayev 150-ə çatdı
XƏBƏR 21 Avqust 2018 / 00:30 1383
-  A +

Azərbaycan millisinin və “Neftçi”nin qapıçısı Səlahət Ağayev Topaz Premyer Liqasında yubiley oyununu keçirib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, II turun “Qəbələ” ilə qarşılaşması (2:1) qolkiperin ölkə çempionatlarında 150-ci matçı olub.

Premyer Liqada 2011/12 mövsümündə debüt edən Ağayev 150 matçda 145 qol buraxıb. 4 klubun formasını geyinən Səlahət “İnter”də (indiki “Keşlə”) 90, “Sumqayıt”da 39, “Neftçi”də 13, MOİK-də 8 matç keçirib.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi