“Keşlə”nin futbolçusu linza ilə oynadığını təsdiqlədi

“Keşlə”nin futbolçusu linza ilə oynadığını təsdiqlədi
XƏBƏR 12 Avqust 2018 / 16:02 3839
-  A +

“Keşlə”nin yeni transferi Miloş Bosançiç görmə qabiliyyətində qüsur olması barədə yazılanları təsdiqləyib.
 
O, linza taxdığını etiraf edib: "Düzdü, mən linza ilə oynayıram. Amma bu, mənim üçün problem deyil. Çünki dünyada bir çox belə futbolçu var. Onlar da linza ilə oynayırlar".
 
Görmə qüsuru olan, bu problemdən əziyyət çəkdiyi meydanda da hiss olunan yarımmüdafiəçinin “Keşlə”yə necə yardım edəcəyi müəmmalıdır. Klub rəhbərliyinin onun tibbi müayinəsinin nəticələrinə diqqət yetirib-yetirmədiyi bilinmir (futbolinfo.az).

 

Daha çox


Son xəbərlər
17.01.19  10:30

"Real" 1/4 finalda