"Kukesi" ilə oyunu buraxacaq - "Qarabağ"da ciddi itki

"Kukesi" ilə oyunu buraxacaq -  "Qarabağ"da ciddi itki
XƏBƏR 19 İyul 2018 / 21:20 6500
-  A +

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Olimpiya” ilə cavab oyununda zədələnən “Qarabağ”ın futbolçusu Dani Kintananın durumuna aydınlıq gəlib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.az-a verdiyi məlumata görə, bu gün tibbi müayinədən keçən ispaniyalı yarımmüdafiəçi ən azı bir həftə meydana çıxa bilməyəcək. O, bir həftədən sonra məşqlərə başlaya bilər.

Bu isə o deməkdir ki, Dani ÇL-in 2-ci təsnifat mərhələsində “Kukesi” ilə keçiriləcək ilk oyunu buraxacaq.

Xatırladaq ki, “Olimpiya” ilə matçın 42-ci dəqiqəsində zədələnən Kintana Filip Ozobiçlə əvəzlənib.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi