“Muğan” 5 futbolçu ilə müqaviləni yenilədi

“Muğan” 5 futbolçu ilə müqaviləni yenilədi
XƏBƏR 19 May 2010 / 17:01 2100
-  A +

Növbəti mövsümün hazırlıqlarına indidən start verən “Muğan” baş məşqçi Almir Hurtiçin ardınca 5 futbolçusu ilə də müqavilələri yeniləyib. Qol.Az-ın Salyan klubunun rəsmi internet saytına istinadən məlumatına görə, bunlar Cavad Mirzəyev, Amil Ağacanov, Taqim Novruzov, Fərrux İsmayılov və Rəvi Rəhmanovdur. Adı çəkilən futbolçular daha 1 il müddətində komandanın şərəfini qoruyacaqlar. “Muğan” Peşəkar Futbol Klubunun mətbuat xidmətinin verdiyi məlumata görə, klub rəhbərliyi yerli və legioner futbolçu axtarışlarını davam etdirir.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi