Rusiya topu təhvil verdi - DÇ-2018

Rusiya topu təhvil verdi - DÇ-2018
XƏBƏR 15 İyul 2018 / 17:22 3603
-  A +

DÇ-2018-in ev sahibi Rusiya təşkilatçılıq haqqını Qətərə təhvil verib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı ölkə prezidentinin Kremlindəki iqamətgahında keçirilən mərasimdə FİFA prezidenti Canni İnfantino, Qətər əmiri Şeyx Temmim bin Hamad el Sani və Rusiya prezidenti Vladimir Putin iştirak edib. Təşkilatçılıq hüququnu təmsil edən futbol topunu Putin  İnfantinoya təhvil verib. İnfantino isə bu topu Şeyx Temmim bin Hamad el Saniyə təqdim edib.

Qeyd edək ki, Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək.


Daha çox


Son xəbərlər