Bordinin daha bir köməkçisi bəlli oldu

Bordinin daha bir köməkçisi bəlli oldu
XƏBƏR 13 İyun 2018 / 17:50 3753
-  A +

"Neftçi"nin yeni baş məşqçisi Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən mövsümdə də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb.

İqor Getman 1991-1992, 1998-2007-ci illər ərzində "Neftçi”də çıxış edib, 236 oyun keçirib, 7 qol vurub. "Neftçi”nin heyətində Azərbaycan çempionatının (1992, 2004, 2005), ölkə kubokunun (1999, 2004) qalibi olan Getman müstəqillik dönəmində "ağ-qaralar"da ən çox oyun keçirən futbolçudur. O, 1995-2001-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda meydana çıxıb.

Bunadək də əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçisidir.

Qeyd edək ki, İqor Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçi Roberto Bordinə kömək edəcəklər.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi