Julyen Lopeteqi daha 2 il İspaniya millisində

Julyen Lopeteqi daha 2 il İspaniya millisində
DÜNYA FUTBOLU 22 May 2018 / 15:46 2219
-  A +

İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Julyen Lopeteqi ilə yeni müqavilə imzalayıb.

Qol.az-ın qurumun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, 51 yaşlı mütəxəssislə müqavilənin müddəti 2020-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, J.Lopeteqi 2016-cı ildən İspaniya millisini çalışdırır.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi