U-11 liqasının qalibi "Vətən" oldu

U-11 liqasının qalibi "Vətən" oldu
XƏBƏR 22 May 2018 / 11:27 1598
-  A +

AFFA-nın təşkil etdiyi U-11 Liqasında mövsümün son oyunu keçirilib.
 
Qol.az-ın məlumatına görə, Bayıl stadionunda  “Vətən” və “Neftçi” komandaları qarşılaşıb. 4:3 hesabı ilə qalib gələn Samir Əbdürrəhmanovun baş məşqçisi olduğu Vətən “Vətən” 2017-2018-ci il mövsümünün qalibi olub. “Qəbələ” isə üçüncü yeri tutub.

Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və Texniki direktor Bernhard Lippert təqdim ediblər.

“Neftçi”nin oyunçusu Murad Məmmədov Fair Play mükafatına layiq görülüb.

“Vətən” komandasının üzvləri Babamirzə Mehdiyev liqanın ən yaxşı futbolçusu, Ayxan Əlizadə isə ən yaxşı qapıçısı seçilib.

Liqanın bombardiri “Qəbələ” komandasının futbolçusu Həsən Nəzərli olub.










Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi