BFL-in çempionları vətənə qayıtdılar

BFL-in çempionları vətənə qayıtdılar
XƏBƏR 15 May 2018 / 21:55 3401
-  A +

Bakı Futbol Liqası 2017/18 mövsümünün çempionu “İdman Azərbaycan” kollektivi mayın 13-də vətənə qayıdıb.

Qol.az-ın xəbərinə görə, Çempionlar BFL tərəfindən mayın 7-də Rusiyanın paytaxtı Moskva şəhərinə yola salınmışdı.

8x8 formatında keçirilən həvəskar komandalar arasında dünya çempionatında - Continental Football League-də ölkəmizi təmsil edən “İdman Azərbaycan” E qrupunda mübarizə aparıb. Qrup mərhələsi çərçivəsində “Napoli”, “Eastwood” və “Sokur” kollektivləri ilə qarşılaşan komandamız taktiki və fiziki cəhətdən olduqca yaxşı təsir bağışlayan rəqibləri ilə mübarizələrdən qalib ayrıla bilməyib. CFL-də qolla yadda qalan yeganə oyunçumuz isə Rafael Yusifov olub. Yusifov “İdman Azərbaycan” – “Eastwood” qarşılaşmasında vurduğu qolla BFL tarixinə adını yazdırıb.

Heyətində Azərbaycan futbol tarixində iz qoymuş veteran futbolçuları birləşdirən “İdman Azərbaycan” komandasının üzvləri CFL haqqında təəsüratlarını bölüşərkən burada mübarizə aparan komandaların olduqca yüksək səviyyədə çıxış etmələrini və BFL-in Azərbaycan futbolunun inkişafında getdikcə artan rolu sayəsində ölkəmizdə həvəskar səviyyədə futbol oynayan oyunçular və bu səviyyədə qurulan komandaların Bakı Futbol Liqası vasitəsilə ölkə hüdudları xaricində də mövcudluğunu dünyaya nümayiş etdirmək və peşəkar futbol həyəcanını komanda olaraq yaşamaq üçün ideal variant olduğunu ifadə ediblər.

Bakı Futbol Liqasının növbəti planı “BFL CUP 2018”dir. Hazırda qeydiyyat davam edir. İyunun ayında start götürəcək “BFL CUP 2018” qrup mərhələsi (məs. Çempionlar Liqası) formatında keçiriləcək və sentyabr ayına qədər davam edəcək.

Qeyd edək ki, “BFL CUP 2018”də mübarizə aparmaq üçün komandalar 600 AZN ödəniş edir. Ümumi mükafat fondu isə 5000 AZN-dir. Komanda 15 nəfəri qeydiyyatdan keçirə bilər.

Qeydiyyat üçün əsas tələblər:

1. Komandanın adı və özünə məxsus loqosu (tələb olunan formatlarda);

2. Komandada bütün oyunçuların vahid formada olması;

3. Son qeydiyyat gününə qədər ödənişin tam edilməsi.


Ətraflı məlumat üçün:
https://www.facebook.com/bfl.az/ ;
https://www.instagram.com/bfl.az/ ;
+994 50 6712005 Natiq
















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi