Bu gün Topaz Premyer Liqasında ölkə çempionunun adı bəlli olub. Ümumilikdə 6-cı dəfə qızıl medallara yiyələnən “Qarabağ” 5-ci dəfə Qurban Qurbanovun rəhbərliyi altında çempionluq sevinci yaşayıb.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, bununla da 46 yaşlı mütəxəssis baş məşqçi kimi qazandığı qızıl medalların sayında Azərbaycan rekordunu təkrarlayıb. Bunadək rekordun vahid sahibi Ağasəlim Mircavadov idi. “Qarabağ”ı ilk çempionluğuna daşıyan mütəxəssis sonradan iki dəfə “Şəmkir, bir dəfə “Neftçi” və “Xəzər Lənkəran”la uğur qazanıb. Lakin eyni komandada, həm də ardıcıl qazanılan qızıl medallarda Qurbanov öz rekordunu yeniləyib. Bütün çempionluqları “Qarabağ”la yaşayan çalışdırıcı bu uğurları ardıcıl gerçəkləşdirib.
Ümumilikdə 10 baş məşqçi komandası ilə Azərbaycan çempionatının 1-cisi olub. Hərəyə 5 çempionluq qazanan Mircavadovla Qurbanovdan başqa, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyev hərəyə 3 dəfə uğur qazanıb. Digər 5 çalışdırıcı - Əhməd Ələsgərov, Valentin Xodukin, Coko Hacievski, Kaxaber Sxadadze və Arif Əsədov hərəyə 1 dəfə uğur qazanıb.
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı