Bu gün Topaz Premyer Liqasında XXIV tura start veriləcək.
Qol.az-ın xəbərinə görə, sabah meydana çıxacaq “Qəbələ” səfərdə “Neftçi” ilə görüşəcək.
Bakıda keçiriləcək matç komandalar arasında son 11 gündə 3-cü oyun olacaq. Azərbaycan kubokunun yarımfinalında üz-üzə gələn rəqiblər aprelin 12-də Qəbələ şəhər stadionunda, 18-də “Bakcell Arena”da qarşılaşıb. Evdə 1:2 hesabı ilə uduzub, səfərdə 3:1 hesablı qələbə qazanmaqla finala yüksələn “qırmızı-qaralar” 4 gün sonra yenidən özü üçün uğurlu olan stadiona çıxacaq. Mövsümdə 6-cı dəfə görüşəcək komandalar tarixdə 45-ci dueldə üz-üzə gələcək. İlk dəfə 2006/07 mövsümündə qarşılaşan rəqiblər indiyədək 44 dəfə münasibətlərini ayırd edib. Əvvəlki oyunlarda 16 qələbəsi olan “Qəbələ” səfər matçına tarazlığı bərpa etməyə çıxacaq. Belə ki, “Neftçi” daha çox – 17 dəfə qalib gəlib. Digər 11 qarşılaşma heç-heçə başa çatıb. “Qırmızı-qaralar” top fərqində üstünlüyə malikdir. 58 qol vuran "Qəbələ" 56 top buraxıb.
Baş tutan 44 oyunda “Qəbələ”nin ən məhsuldar futbolçusu Baqali Dabodur. O, paytaxt təmsilçisi ilə görüşlərdə 6 qol vurub. Dodo 4, Aleksey Qay, Lorentso Ebesilio, Yannik Kamanan, Ruslan Qurbanov və Stiven Monroz hərəyə 3 dəfə rəqibi məyus edib.
5 dəfə ölkə kubokunda qarşılaşan “Qəbələ” və “Neftçi” Premyer Liqada 39 dəfə üz-üzə gəlib. Sabah keçiriləcək görüş çempionatda 40-cı duel olacaq. Əvvəlki 39 matçda bakılılar 16, qəbələlilər 15 dəfə qalib gəlibsə, 8 matçda sülhlə barışıblar. Premyer Liqada “qırmızı-qaralar” 51, “ağ-qaralar” 50 qol vurub.
Ümumilikdə “Qəbələ” səfərdə 9 qələbə qazanıb, 7 dəfə məğlub olub. Digər 5 görüş heç-heçə nəticələnib. Rəqib meydanında 30 top vuran "Qəbələ" 27-ni buraxıb.
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"
"Yayda nələr olacağını birlikdə görəcəyik" - Musa Qurbanlı
İndi ən vacib xəbərlər telefonunuza gələcək!
Finalda təkrarlanan 6-cı cüt
“Qarabağ” “Neftçi”yə çatdı
Azərbaycan kubokunda yeni rekord
"Barselona" Xavi ilə bağlı qərarı açıqladı
İtaliya kubokunda 2-ci finalçı da bilindi
"Liverpul"a çempionluq yolunda zərbə