"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatdı

"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatdı
XƏBƏR 16 Aprel 2018 / 11:34 2069
-  A +

“Qarabağ”ın Topaz Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası 15-ə çatıb.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu 23-cü turun “Kəpəz”lə səfər matçındakı 1:0 hesablı qələbə ilə seriyanın ikinci “onluğ”unu yarılayıb. Cari mövsümdə yalnız bir məğlubiyyəti olan Qurban Qurbanovun komandası 9-cu turun 2017-ci il oktyabrın 22-də keçirilən “Qəbələ” ilə səfər matçından (0:1) sonra məğlubiyyət acısı yaşamır. “Qarabağ” bu 15 qarşılaşmada 11 qələbə qazanıb, 4 heç-heçə edib ki, bu da komandanın hesabına 37 xal gətirib.

Qeyd edək ki, ardıcıl 15 oyunda uduzmayan “Qarabağ” özünün Azərbaycan çempionatlarındakı nəticəsini – 2015/16 mövsümündəki göstəricini təkrarlayıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi