“Özümün yox, “Neftçi”nin maraqlarını düşündüm” – Emin Mahmudov

“Özümün yox, “Neftçi”nin maraqlarını düşündüm” –  Emin Mahmudov
XƏBƏR 14 Mart 2018 / 22:58 3789
-  A +

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Topaz Premyer Liqanın 20-ci turunda “Qarabağ”la 0:0 bitən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Deyə bilmərəm ki, nəticə ədalətli oldu. Çünki qul vura da, buraxa da bilərdik. Xüsusilə ikinci hissənin sonlarında yaxşı imkanlarımız oldu, amma yararlana bilmədik.

- Səncə, bu gün 1 xal qazandınız, yoxsa 2 xal itirdiniz?

- Bu oyundan 1 xal götürmüşüksə, deməli, qazanmışıq.

- Turnir cədvəlində vəziyyət elədir ki, “Neftçi” “Qarabağ”la oynamasına baxmayaraq, bu gün qələbə qazanmalı idi...

- Əlbəttə, hər bir oyunda qələbə qazanmalıyıq. Önümüzdə 8 oyun var. Həmin görüşlərdə imkanlarımızdan maksimum yararlanmalıyıq. Bizdən öndə gedən komandalarla xal fərqinin artmasına imkan vermək olmaz.

- Tərlan Əhmədov mətbuat konfransında bildirdi ki, zədəli halda meydana çıxmısan. Özünü necə hiss edirsən?

- Bu, mənim üçün problem deyil. Yüngül ağrılar var, ancaq bu, oynamağıma mane olmur. Bununla bağlı bəzi individual məşqlər edirəm. Elə oyunlar olur ki, sonda zədəm özünü büruzə verir.

- Növbəti turda Tərlan müəllim istəsə də, səni oynada bilməyəcək. Çünki 4-cü sarı vərəqəni gördün və cəzalı duruma düşdün...

- Çox təəssüf ki, qarşıdakı oyunu buraxacam. Amma həmin vəziyyətdə özümün yox, komandanın maraqlarını düşündüm. “Qarabağ”ın əks-hücum qurmasına imkan vermək olmazdı. Düşünürəm ki, oynamasam belə, komandada məni əvəz edə biləcək futbolçular var.

- Özünü Azərbaycanda necə hiss edirsən? Yenidən Rusiyaya qayıdıb daha yaxşı klublarda çıxış etməyi fikirləşirsən?

- Mən heç nəyi fikirləşmirəm. Ancaq “Neftçi”yə kömək etməyi düşünürəm.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi