Klublar Komitəsi sabah toplaşır - yeni sədr seçmək üçün

Klublar Komitəsi sabah toplaşır - yeni sədr seçmək üçün
XƏBƏR 14 Mart 2018 / 15:59 1712
-  A +

Sabah AFFA Klublar Komitəsinin (KK) növbəti iclası keçiriləcək.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Bulvar Otel”dəki görüş saat 11:00-da başlayacaq. 2018-ci ilin ilk iclasında komitəyə yeni sədr seçiləcək.

Qeyd edək ki, KK-ya son olaraq ötən ay “Neftçi”nin prezidenti vəzifəsindən ayrılan Orxan Hüseynzadə başçılıq edirdi.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi