Avropanın rəmzi yığması açıqlandı

Avropanın rəmzi yığması açıqlandı
VİDEO 14 Mart 2018 / 12:44 4511
-  A +

Nüfuzlu idman nəşrlərini özündə birləşdirən Avropa İdman Jurnalistləri Assosiasiyası fevral ayı üçün “köhnə qitə”nin rəmzi komandasını elan edib.

Qol.az-ın xəbərinə görə, bu seçimi futbolçuların daxili çempionatlardakı çıxışlarına əsasən jurnalistlər aparıb.

Sorğunun nəticəsinə görə, rəmzi komandada aşağıdakı 11 futbolçu yer alıb:

De Hea ("Mançester Yunayted", İngiltərə); Kalabriya ("Milan", İtaliya), Hummels ("Bavariya", Almaniya), Kyellini ("Yuventus", İtaliya), Jordi Alba ("Barselona", İspaniya); De Breyne ("Mançester Siti", İngiltərə), Villian ("Çelsi", İngiltərə), Allan ("Napoli", İtaliya); Messi ("Barselona", İspaniya), Qrizmann ("Atletiko", İspaniya), Salah ("Liverpul", İngiltərə).


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi