"Mançester Siti"də ciddi itki

"Mançester Siti"də ciddi itki
XƏBƏR 25 Fevral 2018 / 16:38 2431
-  A +

İngiltərə Liqa kubokunun finalında “Arsenal”la qarşılaşacaq “Mançester Siti” oyuna ciddi itki ilə çıxacaq.

Qol.az-ın Brtitaniya mətbuatına istinadən yaydığı məlumata görə, “şəhərlilər”in hücumçusu Rahim Sterlinq “topçular”la görüşü buraxacaq. Dizində zədəsi olan forvardın “Arsenal”la Premyer Liqanın 28-ci turunda təxirə salınmış görüşdə də meydana çıxmayacağı dəqiqləşib.

Qeyd edək ki, “Mançester Siti” “Arsenal”la bu gün Liqa kubokunun finalında, martın 1-də isə Premyer Liqanın 28-ci turunda üz-üzə gələcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi