Böyükağa Hacıyevin vəziyyəti ağırdır

Böyükağa Hacıyevin vəziyyəti ağırdır
XƏBƏR 22 Fevral 2018 / 17:54 4346
-  A +

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən AFFA-nın Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin vəziyyəti ağırdır.

Qol.az-ın Yenicag.az-a istinadən yaydığı xəbərə görə, bu barədə sözügedən komitənin sədri Vaqif Sadıqov məlumat verib:

“Böyükağa Hacıyev Mərkəzi Kliniki Xəstəxanadan çıxarılandan sonra “Modern”də yatmalı oldu. Lakin palatada qala bilmədi. Yenidən reanimasiyaya yerləşdirildi. İndi də həkim nəzarətindədir. Ürək və qan dövranını bərpa etmək istəyirlər. Ürək heç olmasa 50 faiz işləməlidir ki, istənilən nəticəni əldə etmək mümkün olsun. Bəzi məqamlarda insanı tanıyır. Lakin təzyiq imkan vermir. Şiş də elə yerdədir ki, bütün orqanlara, xüsusən də ürəyə mənfi təsir edir. Durumu stabil-ağır olaraq qalır. Bu qədər müddətdə reanimasiyada qalması yaxşı əlamət deyil. Yenə də ümidimizi üzmürük”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi