"İnyesta ilə şərab içib, "Çelsi"yə vurduğu qola baxdıq"

"İnyesta ilə şərab içib, "Çelsi"yə vurduğu qola baxdıq"
XƏBƏR 20 Fevral 2018 / 17:19 4796
-  A +

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç komanda yoldaşı Andres İnyestanın gələcəyi ilə bağlı danışıb.

Qol.az-ın "Goal.com"a istinadən yaydığı məlumata görə, xorvatiyalı futbolçu İnyestanın Kataloniya klubundan getməsini istəmədiyini bildirib. Amma Rakitiç ispan futbolçunun istənilən qərarını dəstəkləyəcəyini də istisna etməyib:

"İnyestanın "Barselona"dan getməsini istəmirəm. O, futbolu əla bilir. Yaxınlarda onunla şərab içib, 2009-cu ildə "Çelsi"yə vurduğu qola baxdıq. İnyesta mənim həyatımda çox vacib insandır. Həm də yaxın dostumdur. Ümid edirəm ki, hələ uzun illər komandamızda qalacaq. Amma bir dost kimi onun istənilən qərarına dəstək olacam".


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi