Rəşad Sadıqovun rəsmi debüt oyununun vaxtı açıqlandı

Rəşad Sadıqovun rəsmi debüt oyununun vaxtı açıqlandı
XƏBƏR 12 Fevral 2018 / 13:10 3670
-  A +

21 yaşadək futbolçulardan ibarət milli komandamızın Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə keçirəcəyi səfər oyununun vaxtı və yeri müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, martın 22-də Mitrovitsa şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşma Adem Yaşari Olimpiya Stadionunda olacaq.

Qeyd edək ki, bu, millimizin yeni baş məşqçisi Rəşad Sadıqov üçün rəsmi debüt matçı olacaq.

Əlavə edək ki, 5 oyuna 1 xal toplayan millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi