"Keşlə" yamaykalı hücumçu alır

"Keşlə" yamaykalı hücumçu alır
XƏBƏR 18 Yanvar 2018 / 15:53 4361
-  A +

"Keşlə" Finlandiyanın yüksək liqasında yarışan VPS klubunun hücumçusu Andre Klennonla anlaşıb.

Bu barədə Qol.az-a futbolçu özü məlumat verib. Yamaykalı forvard karyerasını Azərbaycanda davam etdirəcəyini bildirib. Ancaq 28 yaşlı futbolçu müqavilə detallarını açıqlamayıb.

Qeyd edək ki, peşəkar karyerasına 2009-cu ildə ölkəsinin "Voterhaus" klubunda başlayan futbolçu 3 il sonra Vyetnamın "Lamb Donq" komandasına keçib. Növbəti mövsümdə yenidən doğma klubuna qayıdan hücumçu 2013-cü ildə ölkəsinin digər təmsilçisi "Arnett Qardens"ə (35 oyun, 9 qol) transfer olunub. 2015-ci ildən isə VPS klubunun (29 oyun, 7 qol) şərəfini qoruyur.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi