Amit Quluzadənin yunan klubuna keçidi baş tutmadı

Amit Quluzadənin yunan klubuna keçidi baş tutmadı
XƏBƏR 14 Yanvar 2018 / 16:12 3062
-  A +

"Səbail"dən ayrılan Amit Quluzadənin Yunanıstanın 1-cidivizion təmsilçisi "Aiginaikos"a keçidi baş tutmayıb.

Bu barədə Qol.az-a futbolçu özü məlumat verib. Onun sözlərinə görə, qarşı tərəfin şərtləri onu qane etməyib.

Digər tərəfdən, Quluzadənin Super Liqa təmsilçisi "Kerkira"ya keçmək variantı da var imiş. Tərəflər arasında hətta razılıq da olub. Yunan klubu Amitin mövqeyində çıxış edən futbolçunu göndərib, əvəzinə azərbaycanlı yarımmüdafiəçini transfer etməli imiş. Ancaq həmin oyunçunun getmək istəməməsi keçidə mane olub.

Qeyd edək ki, A. Quluzadə 2017-ci ildə Yunanıstanın AEL klubunda çıxış edib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi