“Keşlə” də ölkə xaricinə gedəcək

“Keşlə” də ölkə xaricinə gedəcək
XƏBƏR 16 Dekabr 2017 / 18:00 2108
-  A +

“Keşlə”nin qış hazırlıq planı müəyyənləşib.

Klubdan Qol.az-a verilən məlumata görə, hazırlıq prosesi 2 mərhələdən ibarət olacaq.

“Kəpəz”lə kubok oyunundan sonra istirahətə buraxılan komanda yanvarın 5-də bir araya gələcək. Toplanışın birinci mərhələsi Bakıda baş tutacaq. 2 həftəlik hazırlıqdan sonra komandaya 3 günlük istirahət veriləcək.

Təlim-məşq toplanışının növbəti mərhələsi isə Antalyada olacaq. Yanvarın 22-də Türkiyəyə getməyi planlaşdıran “Keşlə” qardaş ölkədə 15 gün qalacaq.

Hazırlıq prosesi çərçivəsində bir neçə yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ancaq hələlik rəqiblər və oyunların vaxtları dəqiq bilinmir.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi