Məhəmməd Salah ən yaxşı oyunçu seçildi

Məhəmməd Salah ən yaxşı oyunçu seçildi
XƏBƏR 11 Dekabr 2017 / 22:32 4013
-  A +

BBC Afrikada 2017-ci ilin  ən yaxşı futbolçusunu açıqlayıb.

Qol.az-ın məlumatına görə, Misir millisinin və "Liverpul"un hücumçusu Məhəmməd Salah bu ilin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə  Sadio Mane (Seneqal, "Liverpul"), Pyer-Emerik Obameyanq (Qabon , “Borussiya” Dortmund), Nabi Keyta (Qvineya, “Leyptsiq”) və Viktor Mozesi (Nigeriya,“Çelsi”) qabaqlayıb.

Qeyd edək ki, azarkeşlər BBC-nın saytında keçirilən səsvermədə iştirak edərək qalibi müəyyənləşdiriblər.

Əlavə edək ki, M.Salah bu mövsüm "Liverpul"da 24 matçda 19 qol vurub, 6 qolun ötürməsini verib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi