"Qarabağ" Azərbaycan çempionatını aşmış komandadır"

"Qarabağ" Azərbaycan çempionatını aşmış komandadır"
XƏBƏR 11 Dekabr 2017 / 21:23 4108
-  A +

“Maraqlı oyun oldu. “Qarabağ” üstün oyun sərgilədi. Bu komanda Azərbaycan çempionatını aşmış komandadır".

Qol.az-ın məlumatına görə, bu sözləri  “Sumqayıt”ın məşqçisi Seymur Rəhimov Azərbaycan kubokunun 1/4 finalında "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.

"Qurban Qurbanovu qələbə münasibəti ilə təbrik edirəm. Komandamızın 70 faizi gənclərdən ibarətdir. Bu oyunçular Azərbaycan millisinin gələcək üzvləridir. Kubok mübarizəsi iki matçdan ibarətdir. Çalışacağıq mərhələni adlayan tərəf biz olaq” - deyə o bildirib.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi