Almaniyalı məşqçi millimizin üzvlərini təriflədi

Almaniyalı məşqçi millimizin üzvlərini təriflədi
XƏBƏR 13 Aprel 2010 / 11:09 1771
-  A +

“AFFA rəhbərliyinin qadın futboluna göstərdiyi diqqət yaxın gələcəkdə bu sahənin inkişafına öz təsirini göstərəcək”. Qol.Az-ın məlumatına görə, bu sözləri qadınlardan ibarət milli komandamızın baş məşqçi vəzifəsinə potensial namizəd olan Sissi Rayt deyib.
Millimizin məşqini izləyən almaniyalı mütəxəssis gördüklərindən məmnun qalıb. Hazırlıqlardan sonra o, ölkəmizdə qadın futbolundakı mövcud vəziyyətlə bağlı fikirlərini AFFA-nın internet saytına açıqlayıb: “Azərbaycanda qadın futbolunun inkişafı istiqamətində mühüm işlər görülür. Milli komanda üçün hər cür şəraitin yaradıldığını qeyd etməliyəm. İlkin müşahidələrimə əsasən deyə bilərəm ki, komanda texnikalı futbolçulardan təşkil olunub. Qızların texniki cəhətdən daha hazır olduqlarını gördüm”.
Qeyd edək ki, hələlik baş məşqçisiz olan yığmamızda bu funksiyanı Şamil Heydərov icra edir.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi