“Qarabağ”ın hər üç rəqibi TOP-15-də - dünyanın ən bahalı heyətləri

“Qarabağ”ın hər üç rəqibi TOP-15-də - dünyanın ən bahalı heyətləri
DÜNYA FUTBOLU 7 Noyabr 2017 / 15:44 4662
-  A +

İsveçrənin İdman Araşdırmaları Mərkəzi (CİES) dünyanın ən bahalı heyətə sahib klubları ilə bağlı araşdırma apararaq onların reytinqini tərtib edib.

Qol.az-ın məlumatına görə, siyahının ilk pilləsində "Mançester Siti" qərarlaşıb. İngiltərə klubunun heyətinin dəyəri 1 milyard 196 milyon avro olaraq qiymətləndirilib. "Mançester Siti"nin ən bahalı futbolçusu kimi isə təzminat qitməti 145 milyon avro olan Kevin de Bruyne göstərilib. Digər İngiltərə təmsilçisi "Tottenhem" ikinci (1 milyard 173 milyon avro), "Barselona" üçüncü (1 milyard 130 milyon ) pillədə qərarlaşıb.

Dünyanın ən bahalı heyətə sahib 15 klubun siyahısında "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki hər 3 rəqibi - "Çelsi", "Atletiko", "Roma" da yer alıb.

Siyahıya daxil edilən 15 klub aşağıda adları qeyd olunanlardır:

1. "Mançester Siti" - 1 milyard 196 milyon avro
2. "Tottenhem" - 1 milyard 173 milyon avro
3. "Barselona" - 1 milyard 130 milyon avro
4. "Çelsi" - 1 milyard 44 milyon avro
5. "Mançester Yunayted" - 919 milyon avro
6. "Real" (Madrid) - 903 milyon avro
7. "Liverpul" - 901 milyon avro
8. PSJ - 864 milyon avro
9. "Atletiko" - 800 milyon avro
10. "Yuventus" - 743 milyon avro
11. "Napoli" - 721 milyon avro
12. "Arsenal" - 666 milyon avro
13. "Bavariya" - 624 milyon avro
14. "Monako" - 604 milyon avro
15. "Roma" - 595 milyon avro


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi