Nizami Sadıqov yendiyi məşqçini təriflədi

XƏBƏR 11 Aprel 2010 / 19:19 1750
-  A +

"Yunis müəllimi həm yaxşı futbolçu, həm də məşqçi kimi tanıyırıq. Ümid edirəm ki, gələcəkdə uğurlarını yenidən davam etdirəcək”. Qol.Az-ın xəbərinə görə bu sözləri “Turan”ın baş məşqçisi Nizami Sadıqov deyib.
Unibank Premyer Liqasının 27-ci turunda “Karvan” üzərində qazanılan (2:0) hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında Sadıqov bildirib ki, yetirmələrinin çıxışından razı qalıb: "Bizim komandaya bugünkü oyunda qələbə çox lazım idi. 3 xalı qazandığımız üçün şadam. Komandadan çox razıyam".

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi