Dmitri Nazarov meydandan qovuldu

Dmitri Nazarov meydandan qovuldu
XƏBƏR 22 Oktyabr 2017 / 20:01 2901
-  A +

Bu gün Almaniya II Bundesliqasının XI turunda milli komandamızın oyunçusu Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” komandası “Regensburq”u qəbul edib.

Qol.az-ın xəbərinə görə, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Əsas heyətdə meydana çıxan Nazarov 20-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq oyundan qovulub. Buna onun aut atarkən topu bilərəkdən rəqib futbolçunun başına çırpması səbəb olub.
 
Qeyd edək ki, 11 oyundan sonra ehtyatıda 16 xal olan “Erzgebirge” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi