“Neymar Messinin toyunda “Barsa"dan gedəcəyini dedi” - Xavi

“Neymar Messinin toyunda “Barsa"dan gedəcəyini dedi” -  Xavi
XƏBƏR 20 Oktyabr 2017 / 16:54 4790
-  A +

“Əl Sadd" klubunun futbolçusu Xavi Hernandes Neymarın “Barselona”dan ayrılmasından danışıb.

Qol.az-ın “BBC”yə istinadən yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçi Neymarın “Barsa”dan ayrılacağı haqda onunla söhbət etdiyini bildirib:

“Messinin toyunda Neymar mənə klubunu dəyişmək istədiyini dedi. Səbəbini soruşanda cavab verdi ki, “Barselona”da xoşbəxt deyil, Avropada yeni təcrübə qazanmaq istəyir”.

Xavi sabiq komanda yoldaşının qərarına hörmət etdiyini deyib: “Neymar bunu elədi. Bu, onun seçimidir, hörmət etməliyik. Düşünürəm ki, PSJ Neymar və Mbappe ilə Çempionlar Liqasını qazan bilər”.

Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi