“Qarabağ” və “Milan”la oyunlar barədə düşünürəm” – Eysebio Di Françesko

“Qarabağ” və “Milan”la oyunlar barədə düşünürəm” – Eysebio Di Françesko
XƏBƏR 23 Sentyabr 2017 / 16:37 3561
-  A +

“Mən heyəti qurarkən qərarımı oyundan-oyuna verirəm”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Roma”nın baş məşqçisi Eysebio Di Françesko deyib.
 
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi Bakı səfəri öncəsi bu gün İtaliya A seriyasının VI turunda “Udineze” ilə üz-üzə gələcək. Oyunöncəsi təşkil edilən mətbuat konfransında baş məşqçi komandasının hazırkı durumundan danışıb.
 
Yerli jurnalistlərdən birinin “Alisson, Aleksandr Kolarov və Edin Dzeko bütün oyunlarda iştirak ediblər. Onlar toxunulmazdı”, sualını Di Françesko belə cavablandırıb: “Alisson, Kolarov və Dzekonun “Udineze” ilə matçda da iştirak edəcəklərini deyə bilərəm. Təbii ki, “Qarabağ” və “Milan”la görüşlər barədə də düşünürəm. Həmin matçlarda nə baş verəcəyini birlikdə görəcəyik. Heyətin qurulmasında keçirilən məşqlərin böyük rolu var. Hələlik adıçəkilən oyunçuların yalnız sabah meydana çıxacaqlarına söz verə bilərəm. İndiyə qədər göstərdikləri oyun və istəkli olmaları ilə buna layiq olduqlarını göstəriblər.
 
Qeyd edək ki, “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər