Gəncləri “Çelsi” ilə oyuna Rəşad Sadıqov çıxarıb

Gəncləri “Çelsi” ilə oyuna Rəşad Sadıqov çıxarıb
XƏBƏR 12 Sentyabr 2017 / 17:23 5428
-  A +

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında qrup mərhələsinin ilk turunda hazırda səfərdə "Çelsi" ilə qarşılaşır.

Qol.az-ın məlumatına görə, Ağdam klubunu sözügedən matça komandanın baş məşqçisi Rəşad Sadıqov çıxarıb.

Qeyd edək ki, Rəşadın kapitanı olduğu əsas komandanın da eyni gündə oyunu olduğu üçün
U-19-u meydana əvəzedici komandanın baş məşqçisi Aftandil Hacıyevın çıxaracağı gözlənilirdi.

Əlavə edək ki, əgər R.Sadıqov axşam əsas komandası ilə “Çelsi” ilə oyuna da çıxsa bir gündə avrokuboklarda həm məşqçi, həm də futbolçu olaraq iştirak edən şəxs kimi futbol tarixinə düşəcək.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi