Həmyerlimiz “Slaviya”nın start heyətində

Həmyerlimiz “Slaviya”nın start heyətində
XƏBƏR 12 Sentyabr 2017 / 00:16 4620
-  A +

Çexiya yüksək liqasında çıxış edən klubların 21 yaşadək futbolçulardan ibarət komandaları arasında keçirilən ölkə çempoionatında 7-ci turun qarşılaşmaları oynanılır.

Qol.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi doğma meydanda “Hradeç”lə qarşılaşıb. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Meydana start heyətində çıxan həmyerlimiz 81-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Fəridin komandası 7 turdan sonra 11 xalla dördüncü pillədə qərarlaşıb. “Slaviya” lider “Teplitse”dən 7 xal geri qalır.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi