Mübariz Mənsimov 14 yaşlı futbolçunu himayəsinə götürdü

Mübariz Mənsimov 14 yaşlı futbolçunu himayəsinə götürdü
XƏBƏR 31 Mart 2010 / 14:43 2157
-  A +

Avropanın bir sıra ünlü klublarının və milli komandalarının diqqət mərkəzinə düşən, müqaviləylə «Xəzər Lənkəran» klubuna məxsus olan 14 yaşlı futbolçu Çem Fələk azərbaycanlı iş adamı Mübariz Mənsimovun təşəbbüsü ilə İstanbula gedib. Qol.Az-ın palhaber.com saytına istinadən verdiyi məlumata görə, M.Mənsimov C.Fələki himayəsinə götürüb. Cemə maddi və mənəvi dəstək olacağını bildirən M.Mənsimov futbolçunun bütün xərclənirinin rəhbəri olduğu şirkət tərəfindən ödəniləcəyini söyləyib. Aylardır ki, Cem Fələyin oyununu məşqçilərə izlədən M.Mənsimov bu istedadlı futbolçunu Avropada türk futbolunun layiqli bir təmsilçisi kimi görmək istədiyini söyləyib. Mənsimov onun qonağı olan futbolçudan Almaniyadakı futbol təhsilini uğurla başa vurmasını da istəyib.
Məlumatda həmçinin Cemin İspaniyanın «Barselona» klubu ilə anlaşma əldə etdiyi bildirilib.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi