Güləşçimiz bürünc medala sahib çıxdı

Güləşçimiz bürünc medala sahib çıxdı
VİDEO 23 Avqust 2017 / 01:29 7530
-  A +

Fransada keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında 80 kq-da mübarizə aparan Azərbaycan idmançısı Elvin Mürsəliyev ilk görüşündə parlaq qələbə qazanıb.

Azərbaycan Güləş Federasiyasından Qol.az-a verilən xəbərə görə, o, əsl xarakter nümayiş etdirərək ikiqat Olimpiya (London 2012 və Rio-2016), ikiqat dünya və ikiqat Avropa çempionu, Rusiya güləşçisi Roman Vlasovu mübarizədən kənarlaşdırıb.

Beləliklə, E.Mürsəliyev 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə o, Ermənistan güləşçisi Edqar Babayanı (8:0), 1/4 finalda isə mərakeşli Zied Ouqramanı məğlub edərək yarımfinala çıxıb. Yarımfinalda idmançımızın rəqibi Radzik Kulieu (Belarus) olub. Gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, sonuncu xalı qazandığından qələbə rəqibə verilib. Bununla da Elvin Mürsəliyev bürünc medal uğrunda görüşə çıxıb.

Son qarşılaşmasında güləşçimiz Bolqarıstan idmançısı Daniel Aleksandrovla üz-üzə gəlib. 2:1 hesablı qələbə qazanan Mürsəliyev dünya çempinatında bürünc medala sahib çıxıb.


Elvin Mürsəliyevin 2 dəfə olimpiya çempionu Roman Vlasovla qarşılaşmasının videosu



Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi