"Ronaldoya verilən cəza çox ağırdır" - Zidan

"Ronaldoya verilən cəza çox ağırdır" - Zidan
XƏBƏR 15 Avqust 2017 / 16:58 4173
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan futbolçusu Kriştiano Ronaldonun 5 oyunluq cəzalandırılmasına münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bu cəzanın yanlış olduğunu deyib: "Çox məyusam. Hakimlik haqda danışmaq istəmirəm. Epizoda baxıram və düşünürəm ki, necə ola bilər ki , buna görə 5 oyunluq cəzalandırılmaq olar? Bu, çox ağır cəzadır. Ronaldo oynamaq istəyir. O, meydanda çıxmamaqdan məmnun deyi. Ümid edirəm ki, komitə vəziyyətə baxacaq".

Qeyd edək ki, “Barselona”ya qarşı keçirilən superkubokun ilk oyununda qırmızı vərəqə aldıqdan sonra baş hakim Rikardo de Burqosu Benqonçeanı itələyən portuqaliyalı ulduz 5 oyunluq cəzalandırılıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi