"Barselona" Paulinyonun transferini rəsmən açıqladı - Yenilənib

"Barselona" Paulinyonun transferini rəsmən açıqladı - Yenilənib
DÜNYA FUTBOLU 14 Avqust 2017 / 16:15 8403
-  A +

"Barselona"  “Quançjou Everqrand”ın futbolçusu Paulinyonu transfer edir.

Qol.az-ın Kataloniya klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanmaqla bağlı razılıq əldə olunub.

Brazilyalı futbolçu bu gün tibbi müayinədən keçəcək və bu həftənin 4-cü günü rəsmi müqavilə imzalayacaq. Elə həmin gün də futbolçunun rəsmi təqdimat mərasimi keçiriləcək.

"Barselona"nın bu transfer üçün qarşı tərəfə 40 milyon avro təmzinat ödəyəcəyi bildirilir.

Qeyd edək ki, İspaniya klubu yeni transferinə 120 milyon avro təzminat qiyməti qoyub.

Əlavə edək ki, Paulinyo ötən mövsüm Çin klubunun heyətində 29 oyuna 11 qol vurub.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi