Kilian Mbappe sıradan çıxdı

Kilian Mbappe sıradan çıxdı
DÜNYA FUTBOLU 5 Avqust 2017 / 12:35 6272
-  A +

"Monako"nun futbolçusu Kilian Mbappe sıradan çıxıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbər görə,  18 yaşlı hücumçu Fransa liqasının 1-ci turunda "Tuluza"ya qarşı matçın (3:2) 74-cü dəqiqəsində zədələnib və Allan Sen-Maksimenlə əvəzlənib. Onun durumunun ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Mbappe ilə "Real", "Barselona" və PSJ-nin maraqlandığı iddia olunur.


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi