Avroliqada 3-cü mərhələyə yüksələn - 33 komanda

Avroliqada 3-cü mərhələyə yüksələn -  33 komanda
DÜNYA FUTBOLU 21 İyul 2017 / 02:35 12081
-  A +

Avropa Liqasında ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, 33 qarşılaşmadan sonra üçüncü mərhələnin bütün iştirakçılarının adları məlum olub.

Təmsilçilərimizdən “Zirə” və “İnter” mübarizəni dayandırıb. “Qəbələ” isə Polşada "Yagelloniya" üzərində 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. 

Azərbaycanlı futbolsevərlərin diqqəti İstanbula da yönəlib. “Qalatasaray” öz meydanında İsveç təmsilçisini qəbul edib. “Cim-Bom” “Ostersunds”dan ilk oyundakı məğlubiyyətin (0:2) əvəzini çıxmağa çalışsa da, bunu bacarmayıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb və "Qalatasaray" Avroliqa ilə erkən vidalaşıb. 


UEFA Avropa Liqası

II mərhələ, cavab oyunları

20 iyul

19:00. “Dinamo” (Minsk, Belarus) - “Rabotniçki” (Makedoniya) - 3:0
İlk oyun - 1:1

19:00. “Lyunqbyu” (Danimarka) - “Slovan” (Slovakya) - 2:1
İlk oyun - 1:0

20:00. HİK (Finlandiya) - “Şkendiya” (Makedoniya) - 1:1
İlk oyun - 1:3

20:00. “Mlada Boleslav” (Çexiya) - “Şemrok Rovers” (İrlandiya) - 2:0
İlk oyun - 3:2

20:00. “Suduva” (Litva) -  “Liepaya (Latviya) - 0:1
İlk oyun - 2:0

20:00. “Trakai” (Litva) - “Norrkopinq” (İsveç) - 2:1 (penaltilər seriyası -
 5:3)
İlk oyun - 2:1

20:00. VPS (Finlandiya) - “Bröndbyu” (Danimarka) - 2:1
İlk oyun - 0:2

20:30. “Brest” (Belarus) - “Altax” (Avtsriya) - 0:3
İlk oyun - 1:1

21:00. AEK Larkana (Kipr) -“Kork Sit” (İrlandiya) - 1:0
İlk oyun - 1:0

21:00. AİK (İsveç) - “Jelezniçar” (Bosniya və Hersoqovina) - 2:0
İlk oyun - 0:0

21:00. “Brann” (Norveç) - “Ruzomberok” (Slovakiya) - 0:2
İlk oyun -1:0

21:00. “Levski” (Bolqarıstan) - “Hayduk” (Xorvatiya) - 1:2
İlk oyun - 0:1

21:00. “Midyullend” (Danimarka) - “Ferentsvaroş” (Macarıstan) - 3:1
İlk oyun – 4:2

21:00. “Odd” (Norveç) - “Vaduts” (Lixtenşteyn) - 1:0
İlk oyun - 1:1

21:00. “Bney Yehuda” (İsrail) - “Trencin” (Slovakiya) - 2:0
İlk oyun - 1:1

21:00. “Zarya” (Moldova) - “Apollon” (Kipr) - 1:2
İlk oyun - 0:3

21:00. “Zirə” (Azərbaycan) - “Astra” (Rumıniya) - 0:0
İlk oyun - 1:3

21:30. “Botev” (Bolqarıstan) - “Beytar” (İsrail) - 4:0
İlk oyun - 1:1

21:30. “Fola” (Lüksemburq) - “İnter” (Azərbaycan) - 4:1
İlk oyun - 0:1

21:30. “Qalatasaray” (Türkiyə) - “Ostersunds” (İsveç) - 1:1
İlk oyun - 0:2

21:30. “Utrext” (Hollandiya) - “Valletta” (Malta) - 3:1
İlk oyun - 0:0

21:45. “Lütsern” (İsveçrə) - “Osiyek” (Xorvatiya) - 2:1
İlk oyun - 0:2

22:00. AEL Limassol (Kipr) - “Niederkorn (Lüksemburq) - 2:1
İlk oyun - 1:0

22:00. “Domjale” (Sloveniya) - “Valur” (İslandiya) - 3:2
İlk oyun – 2:1

22:00. “Lex” (Polşa) - “Hauqesund” (Norveç) - 2:0
İlk oyun -2:3

22:00. “Skenderbeu” (Albaniya) - “Kayrat” (Qazaxıstan) - 2:0
İlk oyun - 1:1

22:30. “Srvena Zvezda” (Serbiya) - “İrtış” (Qazaxıstan) - 2:0
İlk oyun - 1:1

22:30. “Yagelloniya” (Polşa) - “Qəbələ” (Azərbaycan) - 0:2
İlk oyun - 1:1

22:30. “Mladost” (Monteneqro) - “Şturm” (Avtriya) - 0:3
İlk oyun - 1:0

22:45. “ND Qoritsa” (Sloveniya) - “Panionios” (Yunanıstan) - 2:3
oyun - 0:2

22:45. “Şiroki Briyeq” (Bosniya və Hersoqovina) – “Aberdin” (Şotlandiya) - 0:2
İlk oyun - 1:1

23:00. “Videoton” (Macarıstan) - “Nomme Kalyu” (Estoniya) - 1:1
İlk oyun – 3:0

23:15. “Reykyavik” (İslandiya) - “Makkabi” (Təl-Əviv, İsrail) 0:2
İlk oyun - 1:3

 

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi