"Qarabağ"ın rəqibi müəyyənləşdi

"Qarabağ"ın rəqibi müəyyənləşdi
DÜNYA FUTBOLU 19 İyul 2017 / 23:20 12620
-  A +

Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə bu gün yekun vurulub.

Qol.az-ın məlumatına görə, azərbaycanlı futbolsevərlərin diqqəti Albaniyaya yönəlib. Bu ölkənin çempionu öz meydanında Moldova "Şerif"ini sınağa çəkib. Matç "Kukesi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ancaq bu qələbə Albaniya klubuna bəs etməyib. İlk oyunda  1:0 hesabı ilə qalib gələn "Şerif" səfər matçında vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib və III təsnifat mərhələsində "Qarabağ"a rəqib olub.

Qeyd edək ki, Ağdam klubunun üçüncü mərhələdə ilk oyunu Bakıda, cavab matçı səfərdə olacaq. ÇL-də üçüncü təsnifat mərhələsinin ilk oyunları 25-26 iyul, cavab matçları 1-2 avqustda keçiriləcək.




 
Çempionlar Liqası


II təsnifat mərhələsinin cavab oyunu

19 iyul
 
21:30. “Kukesi” (Albaniya) - “Şerif” (Moldova) - 2:1
Qollar:
İzair Emini, 35 (1:0), Pero Pejiç, 45 (2:0), Siril Bayala, 56 (2:1)
Qırmızı vərəqə: De Nooiyer, 77 ("Şerif)
İlk oyun – 0:1


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi