Messi 30 yaşında

Messi 30 yaşında
XƏBƏR 24 İyun 2017 / 11:48 3961
-  A +

Bu gün Argentina millisi və "Barselona"nın futboçusu Lionel Messinin 30 yaşı olur.

Qol.Az-ın məlumatına görə, o, 1987-ci ilin bu günündə  Argentinanın Rosario şəhərində doğulub.

L.Messi 2000-ci ildən Kataloniya klubunda oynayır.

30 yaşlı hücumçu karyerası ərzində 5 dəfə (2009, 2010, 2011, 2012, 2015-ci illər) "Qızıl top"u qazanıb.

O, Argentina millisi və "Barsa" tarixininin ən yaxşı bombardiridir.

Messi "Barsa" ilə 8 dəfə İspaniya çempionu, 6 dəfə İspaniya kuboku, 5 dəfə Kral kuboku, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA superkuboku və klublararası dünya çempionatının qalibi olub.

Daha çox


Son xəbərlər