Konfederasiyalar Kubokunun ən yaxşısı - Akinfeyev

Konfederasiyalar Kubokunun ən yaxşısı -  Akinfeyev
XƏBƏR 24 İyun 2017 / 00:52 3344
-  A +

Qrup mərhələsinin ilk iki turundan sonra Konfederasiyalar Kubokunda ən etibarlı qapıçısının adı məlum olub.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu, Rusiya millisinin qapıçısı İqor Akinfeyevdir.

Belə ki, 31 yaşlı qolkiper ilk 2 oyunda qapısına doğru endirilmiş zərbələrdən 88 faizini dəf edib. İkinci pillədə Yeni Zelandiya yığmasının “1 nömrə”si Stefan Marinoviç qərarlaşıb - 79 faiz.

Amma dəf edilən zərbələrin sayında Marinoviç Akinfeyevi qabaqlayır. Belə ki, Yeni Zelandiya yığmasının qapıçısı 15, Akinfeyev isə 7 zərbə dəf edib.

Daha çox


Son xəbərlər