Berluskoni Donnarummanın müdafiəsinə qalxdı

Berluskoni Donnarummanın müdafiəsinə qalxdı
XƏBƏR 24 İyun 2017 / 00:34 2902
-  A +

“Milan”ın keçmiş prezidenti Silvio Berluskoni Canluici Donnarummanın klubu tərk etmək fikrinə münasibət bildirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, İtaliyanın sabiq baş naziri gənc qapıçını müdafiə edib:

“Donnarumma 18 yaşlı yaxşı oğlandır. İndi o, çətin seçim qarşısındadı. Donnarumma böyük pulları və gələcək perspektivi düşünür.

Onu mühakimə etməyə dəyməz. Çünki bizdə parlamentdə öz komandasını dəyişmiş 500 siyasətçi var”.

 

Daha çox


Son xəbərlər