Luis Enrike “Barselona”dan getdi

Luis Enrike “Barselona”dan getdi
DÜNYA FUTBOLU 28 May 2017 / 10:17 6836
-  A +

İspaniya kubokunun dünən “Alaves”ə qarşı final matçından sonra (3:1) “Barselona”nın baş məşqçisi Luis Enrike tutduğu vəzifəni tərk edib.

Qol.az-ın xəbərinə görə, matçdan sonra keçirilən mətbuat konfransında o deyib ki, belə addım atması həm özü, həm oyunçuları üçün yaxşı olacaq.

Luis Enrike deyib ki, Kataloniya klubunda baş məşqçisi kimi çalışdığı dönəmdə 13 mükafatdan 9-nu qazanıb: “Bu, əla statistikadır”.

Qeyd edək ki, Luis Enrikenin rəhbərliyi altında “Barselona” 2 dəfə İspaniya çempionu, 3 dəfə İspaniya kubokunun, 1 dəfə Çempionlar Liqası, UEFA superkuboku, İspaniya superkuboku və klublararası dünya çempionatının qalibi olub. 

Əlavə edək ki, L.Enrike 2014-cü ildən çalışdırdığı "Barselona"nı bu mövsümün sonunda tərk edəcəyini hələ bu ilin martında açıqlamışdı.


Son xəbərlər