Çempionlar Liqasının finalında bir ilk

Çempionlar Liqasının finalında bir ilk
DÜNYA FUTBOLU 27 May 2017 / 01:25 11389
-  A +

Çempionlar Liqasının finalında keçiriləcək “Yuventus” - “Real” oyunu  bir yeniliklə yadda qalacaq.

Qol.az-ın xəbərinə görə, görüş  üstüqapalı stadionda keçiriləcək. Bu isə ÇL-in tarixində bir ilkdir.

Uels Futbol Federasiyasının yaydığı açıqlamada deyilir ki, bir neçə gün öncə Mançesterdə baş verən terror hadisəsinə görə təhlükəsizlik tədbirləri gücləndirilib. Məhz bu səbəbdən federasiya paytaxt Kardiffdəki “Millenium” stadionunu üstünü qapatmağı uyğun sayıb.

Final matçından bir gün əvvəl baş tutacaq hər iki komandanın məşqi də qapalı vəziyyətdə olacaq.

Qeyd edək ki, “Yuventus” – “Real” oyunu iyunun 3-də keçiriləcək.

Son xəbərlər