"Pis mövsüm keçirdiyimizi söylədilər, amma..." - Poqba

"Pis mövsüm keçirdiyimizi söylədilər, amma..." - Poqba
DÜNYA FUTBOLU 25 May 2017 / 11:26 3245
-  A +

"Avropa Liqasının qalibi olmağı bacardıq. Buna görə qürur hissi keçirirəm. Kimsə bizim haqda pis bir şey deməməlidir.  Çoxu pis mövsüm keçirdiyimizi söylədi, amma biz üç kubok qazandıq".

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Mançester Yunayted"in futbolçusu Pol Poqba Avropa Liqasının finalında "Ayaks"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"İlk qoldan sonra oyuna nəzarəti ələ keçirdik. Böyük komanda kimi oynadıq" - deyə o bildirib.

Fransalı yarımüdafiəçi Mançesterdəki terror aktı zamanı həlak olan insanlar üçün oynadıqlarını vurğulayıb: "Dünyada dəhşətli hadisələr baş verir. Finalda Mançesterdə terror zamanı ölən insanlar üçün oynadıq".


Son xəbərlər