“Real” və “Barselona” ilə rəqabət aparmaq üçün bizə onilliklər lazımdır” - Qvardiola

“Real” və “Barselona” ilə rəqabət aparmaq üçün bizə onilliklər lazımdır” -  Qvardiola
XƏBƏR 22 May 2017 / 17:34 4346
-  A +

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubunun “Real” və “Barselona” ilə transfer bazarındakı rəqabətindən danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis “Mançester Siti”nin kifayət qədər büdcəsinin olmasına baxmayaraq, hələlik sözügedən klublara rəqabət aparmaq gücündə olmadığını deyib:

“Barselona” və “Real”la rəqabət aparmaq üçün bizə onilliklər lazımdır. Çoxlu pulun olmağı bu işdə yetərli deyil. “Real” və “Barselona” bir futbolçunu istəyirsə, üçüncü klub onlarla mübarizə apara bilməz”.

Xatırladaq ki, Qvardiola 2008-2012-ci illərdə “Barselona”nı çalışdırıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi