“Yalnız 1 dəfə rəqibdən forma istəmişəm” - Messi

“Yalnız 1 dəfə rəqibdən forma istəmişəm” - Messi
XƏBƏR 28 Aprel 2017 / 00:15 6126
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi maraqlı açıqlaması ilə diqqət çəkib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, argentinalı ulduz karyerası ərzində yalnız 1 dəfə rəqib futbolçudan formasını istədiyini bildirib:

“Mən digər futbolçularla forma dəyişmirəm. Yalnız 1 dəfə rəqibdən forma istəmişəm. Həmin oyunçu Zinəddin Zidan idi. Əksər hallarda meydanda olan argentinalılarla formamı dəyişirəm.

Quti 2 dəfə məndən forma dəyişməyi istəyib. Həm “Nou Kamp”da, həm də “Santyaqo Bernabeu”dakı görüşdən sonra. O hər zaman mənim haqqımda müsbət fikirlər səsləndirib”.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi