Ramos anti-rekorda imza atdı

Ramos anti-rekorda imza atdı
XƏBƏR 25 Aprel 2017 / 00:00 3941
-  A +

“Real”ın müdafiəçisi Serxio Ramos anti-rekorda imza atıb.

Qol.az-ın “AS”a istinadən yaydığı xəbərə görə, “Barselona” ilə oyunda meydandan qovulan futbolçu karyerası ərzində 22-ci dəfə qırmızı vərəqə alıb.

Bu isə ispan klubları üçün rekorddur. Buna qədər ən çox meydandan qovulan “Saraqosa”nın müdafiəçisi Xavi Aquado idi - 21 dəfə.

Qeyd edək ki, Ramos 17 dəfə La Liqada, 2 dəfə İspaniya kubokunda 3 dəfə isə avrokuboklarda meydandan uzaqlaşdırılıb.

 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi