"Barselona"dan ayrılmayacam" - Arda Turan

"Barselona"dan ayrılmayacam" - Arda Turan
XƏBƏR 23 Mart 2017 / 12:48 3501
-  A +

"Barselona"nın futbolçusu Arda Turan Kataloniya klubundan ayrılacağı iddialara münasibət bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, müqaviləsinin müddəti başa çatana kimi "Barsa"da qalmaq istədiyini deyib: "Burada xoşbəxtəm. "Barselona"dan ayrılacağımla bağlı xəbərlər yazılır. Ancaq belə şey yoxdur. Müqaviləmin müddəti başa çatana qədər qalmağı düşünürəm".

Qeyd edək ki, A.Turanın "Barsa" ilə müqaviləsi 2020-ci ildə başa çatır.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi